Kreditlərin 94 faizi banklar tərəfindən verilib

Bakı, 17 iyun, ARHD.AZ




Kreditlərin 94 faizi banklar tərəfindən verilib


Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq, milli valyuta ekvivalentində 29 milyard 898,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən ARHD.AZ-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 046 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 94 faizi banklar, 6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 8,7 faiz artaraq 502,6 milyon manat olub və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.

Baxış sayı: 5 423

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə