Bakı, 15 iyun, ARHD.AZ



AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib


Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Bakıdan Türkiyənin Adana və Mersin şəhərlərinə yaxın ərazidə yerləşən yeni Çukurova Beynəlxalq Hava Limanına ilk birbaşa reysini uğurla həyata keçirib.

AZAL-ın mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetirilir. Bu reyslər yalnız Adana və Mersin deyil, həm də yaxınlıqdakı digər bölgələrə səyahət edən sərnişinlər üçün əlavə rahatlıq yaradacaq.

Uçuşdan əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında sərnişinlər üçün təntənəli tədbir təşkil olunub. Təyyarə Çukurova Beynəlxalq Hava Limanında da səmimi şəkildə qarşılanıb, sərnişinlərə şirniyyatlar təqdim edilib.

Baxış sayı: 5 434

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə