Serbiyalı nazir müavini: Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var

Bakı, 4 iyun, ARHD.AZ



Serbiyalı nazir müavini: Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var


Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var.

ARHD.AZ xəbər verir ki, bu sözləri Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Neft və Qaz üzrə icraçı nazir müavini Saşa Kokoviç Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında çox yaxşı münasibət mövcuddur.

“Biz 10 ildən çoxdur ki, strateji partnyoruq. Enerji sahəsində ilk dəfə əməkdaşlığa 2023-cü ildə başladıq. Serbiya üçün ilk dəfə idi ki, təbii qazın diversifikasiyasına baş vururdu. Bu çox müsbət haldır ki, cənub-şərqi Avropadan təchizatı əldə edə bildik. Biz istəyirik ki, daxili qaz nəqli sistemimizdə dəyişiklik edək. Təchizat marşrutlarının şaxələndirilməsi bizim üçün kritik vəzifədir və növbəti üç il ərzində həyata keçirilməsi hədəflənib. SOCAR ilə birlikdə istehlak və ötürmə qabiliyyəti üzrə əlverişli həllər tapacağımıza ümid edirik”, - deyə o bildirib.

Baxış sayı: 4 864

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə