Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 30 may, ARHD.AZ


Mayın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

ARHD.AZ xəbər verir ki, əvvəlcə Komissiyanın 2025-ci il 26 may tarixli iclasının protokolu təsdiq olunub.

Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsinin ardınca 58 saylı Xaçmaz kənd və 62 saylı Kürdəmir seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması qərara alınıb.

Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə