
Bakı, 29 may, ARHD.AZ
Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndirir.
ARHD.AZ-ın məlumatına görə, bu sözləri ABŞ Enerji katibinin Beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən Uilyam Coys Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-Azərbaycan münasibətləri enerjinin uzunmüddətli faydalarını təmin üçün ən böyük potensiala malikdir. “Birləşmiş Ştatlar Azərbaycanın həm bizim, həm də dünyanın enerji tərəfdaşı kimi rolunu artmasını görməkdən məmnundur”, - deyə Enerji Departamenti rəsmisi əlavə edib.