Niyə İnterpol axtarışda olan Vətən xainləri haqqında bir tədbir görmür ?
İsmayıl Zalov Avropa Parlamentində: “Azərbaycanda siyasi məhbus yoxdur”
Avropada bəzi siyasi blogerlərin Azərbaycana qarşı qərəzli çıxışları təəssüf doğurur.
Son dövrlərdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən bəzi siyasi blogerlər tərəfindən Azərbaycana qarşı qərəzli və əsassız ittihamların irəli sürülməsi müşahidə edirik. Bu çıxışlar əsasən ölkəmizin daxili siyasətinə müdaxilə xarakteri daşıyır və obyektiv informasiya prinsiplərindən uzaqdır.
Qeyd olunan şəxslərin sosial media platformaları və müxtəlif tədbirlər çərçivəsində verdikləri açıqlamalarda Azərbaycan dövləti və onun qanuni siyasəti barədə reallığı əks etdirməyən fikirlər səsləndirilir. Bu yanaşmalar, ümumilikdə, ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi kimi qiymətləndirilir və ictimai rəyi çaşdırmağa xidmət edir.
Azərbaycan Respublikası demokratik dəyərlərə və insan hüquqlarına hörmət prinsiplərinə sadiqdir. Ölkədə aparılan islahatlar, iqtisadi və sosial sahədə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə də tanınır. Xaricdə yaşayan bəzi fərdlərin məqsədli şəkildə reallığı təhrif etməsi və ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışması qəbuledilməzdir.
Biz ARHD.AZ saytı olaraq,  beynəlxalq ictimaiyyəti, xüsusilə media nümayəndələrini, obyektiv və balanslı mövqe sərgiləməyə çağırırıq.
 
ARHD.AZ saytının rəhbəri, Beynəlxalq Hüquq eksperti və hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Avropa Parlamentində çıxış edərək, Azərbaycanda siyasi məhbusların olmadığını vurğulayıb. O bildirib ki, ölkədə hüquq sistemi şəffaf işləyir və hər bir şəxs yalnız törətdiyi cinayətə görə məsuliyyət daşıyır.
 
Zalov çıxışında qeyd edib ki, bəzi beynəlxalq təşkilatların siyasi motivli həbslərlə bağlı iddiaları əsassızdır. O, Azərbaycanın hüquq sisteminin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və hər bir vətəndaşın hüquqlarının qorunduğunu vurğulayıb.
Bununla yanaşı, Zalov Avropa Parlamentində Azərbaycanın hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksək qiymətləndirərək, onların ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd edib.
Baxış sayı: 7 718

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə