Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti: İslamofobiya ilə mübarizədə hüquqi çərçivənin gücləndirilməsi vacibdir

Bakı, 26 may, ARHD.AZ


Son illər bir çox ölkədə müsəlmanlar siyasi ritorikada mənfi stereotiplərlə hədəfə alınır. Bu nifrət ritorikası təkcə fərdi münasibətlərdə deyil, dövlət siyasətində də müşahidə edilir. Təəssüf ki, bu tendensiya islamofobiyanın qanuniləşdirilməsinə və ayrı-seçkilik doğuran qərarların qəbuluna yol açır.

ARHD.AZ xəbər verir ki, bunu Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Kerdoudi Cavad “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” mövzusunda panel iclasda deyib.

O qeyd edib ki, bu kontekstdə hüquqi çərçivənin gücləndirilməsi vacibdir. İnsan hüquqları haqqında beynəlxalq konvensiyalar islamofobik ifadələrin və siyasətin qarşısını almaq üçün mühüm hüquqi əsaslar yaradır. Qanunvericilik sənədlərində nifrət nitqinin cinayət kimi tanınması və ayrı-seçkiliyin qarşısını alan mexanizmlər daha səmərəli tətbiq olunmalıdır.

“İslamofobiya ilə mübarizə cəmiyyətə təsir edən güclü ictimai kampaniyalarla müşayiət olunmalıdır. Media ilə əməkdaşlıq, hüquqi maarifləndirmə və qərarvericilərlə dialoq mübarizənin əsas dayaqlarıdır”, - deyə Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti vurğulayıb.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə