Atalara ödənişli məzuniyyət verilməsi və gender balansının təşviqi ilə bağlı yeni qanunvericilik təşəbbüsləri irəli sürülüb

Bakı, 21 may, ARHD.AZ


Hazırda atalara uşağın doğulması ilə bağlı verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla təmin olunması məqsədilə mövcud qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi zəruri hesab olunur. Bu təşəbbüs ailə daxilində məsuliyyətin bölüşdürülməsi və valideynlərin bərabər hüquqlarla təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır.

ARHD.AZ xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə illik hesabatında öz əksini tapıb.

Sənəddə, eyni zamanda, əmək bazarında gender bərabərliyinin təşviqinə yönəlmiş digər təkliflər də yer alıb. Belə ki, kişilərin və oğlanların ənənəvi olaraq azlıq təşkil etdikləri sahələrdə iştirakının artırılması, bu sahələrdə formalaşmış gender stereotiplərinin aradan qaldırılması üçün sosial və institusional mexanizmlərin hazırlanması tövsiyə edilir.

Hesabatda diqqət çəkən digər mühüm məqam qadınların, xüsusilə kənd ərazilərində yaşayanların iqtisadi fəallıq səviyyəsinin artırılması ilə bağlıdır. Qadınların iqtisadi müstəqilliyinin təmin edilməsi və onların kişilərlə bərabər iqtisadi hüquqlarından tam istifadə edə bilmələri üçün kompleks dəstək tədbirlərinin həyata keçirilməsi təklif olunub.

Baxış sayı: 5 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə