Plenar iclasın iştirakçısı: Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir

Bakı, 20 may, ARHD.AZ


Korrupsiya qarşısı alınmalı olan əsas qlobal çağırış olaraq qalır. Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir.

ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Madaqaskarın Müstəqil Antikorrupsiya Ofisinin Baş direktoru Qabi Nestor Razakamanantsoa deyib.

"Bu tədbirdə iştirak etmək təşkilatımız üçün böyük şərəfdir. Öz adımdan və təşkilatımız adından Qlobal Əməliyyat Şəbəkəsinə və Azərbaycan Prokurorluğuna dərin minnətdarlığımı bildirirəm", - deyə Madaqaskar təmsilçisi vurğulayıb.

Baxış sayı: 5 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə