Pakistan Azərbaycanla korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq memorandumu imzalamağa hazırdır

Bakı, 20 may, ARHD.AZ


Korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlıq olduqca zəruridir. Pakistan Azərbaycanla bu sahədə əməkdaşlıq memorandumu imzalamağa hazırdır.

ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Pakistanın Milli Hesabatlıq Bürosunun nümayəndəsi Sohail Nəsir deyib.

Nümayəndə memorandum çərçivəsində iki ölkənin birlikdə layihə, seminar və konfranslar təşkil edə biləcəyini vurğulayıb.

Sohail Nəsir Plenar iclasın təşkilinə görə ölkəsi adından Azərbaycana təşəkkürünü bildirib.

Baxış sayı: 5 384

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə