ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan bəhs olunub

Bakı, 14 may, ARHD.AZ


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın üzvləri ilə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, Prezident Administrasiyasının rəsmisi bu günlərdə yeni tərkibi seçilmiş şuranın üzvlərini bu münasibətlə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində QHT-lərin fəal iştirakına, ictimai iştirakçılığa xüsusi əhəmiyyət verildiyini vurğulayıb.

ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan və şuranın qarşısında duran vəzifələrdən bəhs olunub, təklif və tövsiyələr verilib.

ƏƏSMN-in Aparatının rəhbəri Fuad Musayev nazirlik yanında İctimai şuranın son iki illik dövrdəki uğurlu fəaliyyətini qeyd edib.

QHT-lərin ictimai nəzarət funksiyalarının gücləndirilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılıb, şura üzvlərinin təklifləri dinlənilib və sualları cavablandırılıb.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə