Polşa XİN Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib

Bakı, 14 may, ARHD.AZ


Qərb ölkələri öz qoşunlarını Ukraynada yerləşdirmək üçün əməliyyata başlasa belə, Polşa hərbçilərini bu ölkəyə göndərməyəcək.

ARHD.AZ xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bunu “Onet.pl” internet portalına müsahibəsində deyib.

“Polşa əməliyyatın bir hissəsi olsa belə, Ukraynaya hərbçi göndərməyəcək”, - deyə nazir ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun dörd Avropa ölkəsindən Ukraynaya hərbi kontingent göndərmək planları barədə bəyanatını şərh edərkən bildirib.

Eyni zamanda, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Keyt Kelloqun bəyanatından sonra ölkəsinin Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmadığını deyib. Bundan öncə Polşa rəhbərliyinin digər nümayəndələri də eyni mövqeni dəfələrlə ifadə ediblər.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə