
Moskva, 12 may, ARHD.AZ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva Rusiyanın Krakovdakı baş konsulluğunun bağlanması ilə bağlı Polşa tərəfinin hərəkətlərinə tezliklə cavab verəcək.
ARHD.AZ xəbər verir ki, onun sözlərinə görə, Polşa hakimiyyəti vətəndaşların maraqlarına məhəl qoymadan ikitərəfli münasibətləri pozmaq kursunu davam etdirir.
Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Krakovdakı baş konsulluğunun bağlandığını elan edərək, Rusiya xüsusi xidmət orqanlarının Marıvilska küçəsindəki ticarət mərkəzinə qarşı təxribatda iştirakına dair sübutları əsas gətirmişdi. Bu, son aylarda ikinci belə haldır. 2024-cü ilin oktyabrında Polşa Moskvanı Vroslavda yanğına cəhdlərdə iştirakda ittiham edərək Rusiyanın Poznandakı baş konsulluğunu bağlayıb.
Bu hərəkətlərə cavab olaraq, Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqdakı konsulluğunun bağlandığını elan edib.