Kreml danışıqlarda iştirakını təsdiqləyir, amma nümayəndə heyətinin tərkibini açıqlamır

Moskva, 14 may, ARHD.AZ


Kreml İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini hələlik açıqlamayıb.

ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərin suallarını cavablandıran Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Rusiya nümayəndə heyətinin tərkibini təqdim etməyin artıq mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: “Xeyr, bununla bağlı heç nə dəyişməyib. Prezidentdən müvafiq göstəriş alanda bunu edəcəyik. İndiyədək belə bir göstəriş olmayıb”.

D.Peskov vurğulayıb ki, Vladimir Putinin mayın 11-də gecə müraciətində verdiyi bütün bəyanatlar qüvvədə qalır. O xatırladıb ki, Rusiya nümayəndə heyəti mayın 15-də İstanbula gələcək və Ukrayna tərəfinin nümayəndələrini gözləyəcək.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə