Sığorta sektorunda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi müzakirə olunub

Bakı, 12 may, ARHD.AZ


Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.

Mərkəzi Bankdan ARHD.AZ-a bildirilib ki, görüş zamanı cari ilin birinci rübü üzrə sığorta sektorunun fəaliyyət nəticələri, qlobal makroiqtisadi trendlər, mövcud çağırışlar və inkişaf perspektivləri geniş müzakirə olunub.

Görüşdə, həmçinin sığorta məhsullarının nüfuzetməsinin yüksəldilməsi, könüllü və icbari sığortanın təşviqi, eləcə də sektorda dayanıqlılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Baxış sayı: 4 527

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə