Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək

Ankara, 12 may, ARHD.AZ


Türkiyə hökumətinin bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasının gündəliyində duran əsas məsələlərdən biri də terror probleminin Türkiyənin gündəmindən çıxarılmasıdır.

ARHD.AZ xəbər verir ki, iclasda 1984-cü ildən bu yana qanlı əməlləri ilə on minlərlə Türkiyə vətəndaşının həyatına son qoyan PKK terror təşkilatının fəaliyyəti dayandırıldıqdan sonra atılacaq addımlar xüsusi vurğulanacaq.

Bu arada, Türkiyənin aparıcı media orqanları mayın 12-də səhər saatlarında PKK terror təşkilatının özünü ləğv etdiyi xəbərini yayıb.

Qanlı strukturun nümayəndələri silahlı fəaliyyətin dayandırılması və təşkilatın dağıdılması qərarının Türkiyənin İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdulla Öcalanın müvafiq çağırışına cavab olaraq verildiyini açıqlayıblar.

Türkiyə mətbuatı yazır: “Öcalanın bu il fevralın 27-də etdiyi çağırışa cavab olaraq, PKK-nın “Konqres Şurası” mayın 5-7-də toplaşaraq PKK adlı “missiyaya” son qoymaq qərarına gəlib”.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə