Bakı, 7 may, ARHD.AZ


Mayın 7-də Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının bir sıra dövlət qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçirilib.

MEDİA-dan ARHD.AZ-a bildirilib ki, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva tərəfindən keçirilən seminarda iştirakçılara müasir kommunikasiya mühitində ictimai narrativlərin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin idarə olunması və strateji mesajların hədəf auditoriyalara çatdırılması ilə bağlı beynəlxalq yanaşmalar barədə məlumat verilib.

Seminarda vurğulanıb ki, rəqəmsal transformasiya dövründə məqsədi və hədəfi dəqiq müəyyənləşdirilmiş kommunikasiya strategiyalarının hazırlanması, düzgün məzmun siyasətinin həyata keçirilməsi və vahid institusional yanaşmanın tətbiqi dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərir.

Baxış sayı: 4 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə