Bakı, 30 aprel, ARHD.AZ


Aprelin 30-da Baş prokuror Kamran Əliyev aprelin 20-28-də Çin Xalq Respublikasında tədris səfərində olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə ARHD.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş prokuror bir neçə gün öncə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri nəticəsində iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bu xüsusda, prokurorluq orqanları arasında ikitərəfli münasibətlərin inkişafı və “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” Anlaşma Memorandumunun icrası məqsədilə prokurorluq əməkdaşlarının tədris səfərinin önəmi qeyd edilib.

Qarşılıqlı müzakirələr formatında keçən görüşdə prokurorluğun müxtəlif struktur qurumlarının əməkdaşları tərəfindən səfər zamanı əldə olunan səmərəli təcrübə ilə bağlı baş prokurora məruzə edilib. Məruzələrdə, xüsusilə Çin prokurorluq sistemində süni intellekt texnologiyalarının tətbiqi, kriminalistika sahəsində qabaqcıl metodlar, ictimai maraqların müdafiəsi, dövlətin hüquqi maraqlarının təmin olunması məqsədilə prokurorluq tərəfindən mülki iddiaların qaldırılması, eləcə də hüquqi tədris və elmi tədqiqat sahəsindəki yanaşmaların Azərbaycan prokurorluğunun mövcud təcrübəsi ilə müqayisə və müzakirələr aparılıb.

Yekunda Çinlə qarşılıqlı hüquqi əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadiləsinin aparılmasının hər iki ölkənin prokurorluq orqanlarının fəaliyyətinə müsbət töhfə verəcəyindən əminliyini ifadə edən baş prokuror hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə