Ajaj Rahaf: Qadınların bərpaolunan enerji sahədəki rolunun daha da güclənməsini istəyirik

Bakı, 28 aprel, ARHD.AZ



Qlobal iqlim dəyişikliyi ilə mübarizənin hər bir sahəyə təsir etdiyi dövrdə, xüsusən qadınların bu sahədəki rolu haqqında danışmaq böyük əhəmiyyət kəsb edir. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olaraq, qadınların bərpaolunan enerji sahəsində liderlik etməsini dəstəkləyir və onların bu sahədəki rolunun daha da güclənməsini istəyirik.

ARHD.AZ xəbər verir ki, bu fikirləri BƏƏ-nin WİRE (Qadınlar Bərpa Olunan Enerjidə) təşkilatının rəhbəri Ajaj Rahaf aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

Forum iştirakçısı qeyd edib ki, əsas məqsəd qadınların liderlik bacarıqlarını inkişaf etdirməkdir. Qadınların icmalarında, özəl sektorda və dövlət səviyyəsində liderlik etməsi, yalnız özləri üçün deyil, cəmiyyətin hər təbəqəsi üçün faydalıdır. Qadınlar bu sahədəki bilik və təcrübələrini paylaşaraq qlobal miqyasda daha davamlı və bərabər bir inkişaf yaratmağa kömək edə bilərlər.

“Qadınların öz icmalarında liderlik etməsi, onların həm də ekologiya, enerji və iqlim dəyişikliyi mövzularında müsbət təsir yaratmalarını təmin edir. Qadınların həssas vəziyyətlərini nəzərə alaraq onlara daha güclü dəstək vermək və ehtiyaclarına uyğun tədbirlər görmək, bərabər bir mühitin qurulmasında vacib rol oynayır. Qadınların fəal iştirakı və liderliyi olmadan, iqlim dəyişikliyi ilə mübarizədə uzunmüddətli uğurlar əldə etmək mümkün deyil”, - deyə WİRE təşkilatının rəhbəri vurğulayıb.

Baxış sayı: 6 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə