Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizliyi və əməkdaşlığı müzakirə edib

Bakı, 25 aprel, ARHD.AZ



Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

ARHD.AZ xəbər verir ki, Ceyhun Bayramov görüş zamanı iki tərəf arasında əməkdaşlıq məsələləri, postmünaqişə dövrü ilə bağlı mövzular və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə geniş fikir mübadiləsinin aparıldığını bildirib.

Nazir qeyd edib ki, görüşdə, həmçinin ATƏT-ə üzv ölkələri və qonşu regionları əhatə edən coğrafiyada mövcud vəziyyət və mümkün həll yolları müzakirə olunub. Tərəflər etnik və dini dözümsüzlük, ölkələr arasında inamın azalması kimi aktual problemlərə toxunaraq, bu cür kövrək münasibətlər fonunda ATƏT-in qərar qəbuletmə mexanizminin yeni çağırışlara çevik adaptasiya olunması zərurəti barədə fikir mübadiləsi aparıblar.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə