Macarıstan şirkətinin nümayəndəsi: Azərbaycanın kosmos sahəsində artan potensialı əməkdaşlıq üçün mühüm imkanlar yaradır

Bakı, 25 aprel, ARHD.AZ



Azərbaycanın kosmos sahəsində artan potensialı və regional rolu strateji əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Azərbaycan kimi ölkələrlə əməkdaşlıq həm tərəfdaşlıq ruhunu gücləndirəcək, həm də texnoloji irəliləyişə töhfə verəcək.

ARHD.AZ xəbər verir ki, bunu Macarıstanın texnologiya şirkəti “4iG Space and Defence Technologies”in nümayəndəsi Sebastyan Masurak Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (STC2025) panel sessiyasında çıxışı zamanı bildirib.

““4iG” şirkətinin həyata keçirdiyi “FooSat” proqramı çərçivəsində ümumilikdə 9 peykin - GEO, səkkizi isə LEO orbitində olmaqla - istehsalı planlaşdırılır. Bu proqram çərçivəsində yerüstü infrastruktur və məlumat ekosisteminin yaradılması da nəzərdə tutulur və bu sahədə “Azərkosmos”la əməkdaşlıq xüsusi önəm daşıyır. Bu miqyasda layihələri təkbaşına həyata keçirmək mümkün deyil. Buna görə də biz tərəfdaşlığa, texnologiya və bilik mübadiləsinə xüsusi önəm veririk. “Azərkosmos”la əməkdaşlığımız bu baxımdan çox dəyərlidir. Bu əməkdaşlıq həm bizim, həm də Azərbaycanın qlobal kosmik iqtisadiyyatda mövqeyini daha da gücləndirəcək”, - deyə Sebastyan Masurak vurğulayıb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə