Kasım-Jomart Tokayev: Azərbaycana ən səmimi hisslər bəsləyirik

Astana, 24 aprel, ARHD.AZ



Biz qədim Xəzər dənizinin sahillərini paylaşdığımız Azərbaycana ən səmimi hisslər bəsləyirik.

ARHD.AZ Qazaxıstanın dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında çıxış edən Prezident Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, Qazaxıstan qonşu dövlətlərin hamısı ilə qardaş münasibətləri saxlayır.

Kasım-Jomart Tokayev əlavə edib: “Xalqımızın ən yaxşı xüsusiyyətləri kritik məqamlarda özünü daha çox göstərir. Biz ötən il, Aktau yaxınlığında təyyarə qəzası baş verəndə buna bir daha əmin olduq. Vətəndaşlarımız zərərçəkənlərə kömək etməyə can atırdılar. Onlar qan vermək üçün növbə tutmuşdular. Azərbaycan səfirliyinin önünə gül dəstələri düzürdülər.

Bütün dünya xalqımızın birliyi və fədakarlığına heyran olmuşdu. Məhz bu məqamda qəlblərin genişliyi, həmvətənlərimizin xarakterinin yüksək keyfiyyəti və xeyirxahlığı özünü bariz şəkildə göstərdi. Mərhəmət, şəfqət, xeyirxahlıq bizim milli xarakterimizin xüsusiyyətləridir. Biz bu dəyərləri qorumalı və gənc nəslə ötürməliyik”.

Baxış sayı: 4 513

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə