Türkiyə 2026-cı ilin sonunadək Ayın səthinə sərt eniş etməyi planlaşdırır

Bakı, 24 aprel, ARHD.AZ



Türkiyə Milli Kosmos Proqramı çərçivəsində 2026-cı ilin sonunadək Ayın səthinə sərt eniş etməyi planlaşdırır.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Yusuf Kıraç Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında deyib.

“Türkiyənin Milli Kosmik Proqramı kosmos siyasəti sahəsində strategiya, hədəf və layihələri müəyyən edən real və rəqabətədavamlı hədəfləri olan bir yol xəritəsidir. Bu proqram qlobal tendensiyaları və ölkənin daxili imkanlarını nəzərə alır. Proqrama 10 strateji məqsəd daxildir. Birinci mərhələdə 2026-cı ilin sonunadək Ayın səthinə sərt enişin həyata keçirilməsidir. Bundan əvvəl isə Ayın orbitində elmi tədqiqatlar aparılacaq. İkinci mərhələ yumşaq enişdir, biz bunu birincidən 3-4 il sonra həyata keçirməyi planlaşdırırıq. Bu, mühüm texnoloji mərhələdir, çünki biz bütün əsas mühəndis həllərindən istifadə edəcəyik”, - deyə Yusuf Kıraç bildirib.

Türkiyənin yüksək səviyyədə lokalizasiyaya malik rabitə peykləri istehsal etdiyini diqqətə çatdıran Yusuf Kıraç bildirib ki, bu peyklər fövqəladə halların idarə olunması üçün rabitənin dayanıqlığını təmin edir: “Məsələn, zəlzələdən sonra mobil şəbəkələr həddindən artıq yüklənir və rabitə kəsilir. Buna görə də peyk rabitəsi kritik alternativə çevrilir”.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə