Qırğızıstanın səfiri: Xankəndində baş verən dəyişikliklər məni heyran etdi

Xankəndi, 18 aprel, ARHD.AZ



Bu gün Xankəndinə ilk səfərimi edirəm. Burada baş verən dəyişikliklər məni heyran etdi.

ARHD.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Xankəndinə səfəri çərçivəsində deyib.

Səfir əlavə edib: “Burada Azərbaycanın həyata keçirdiyi bərpa işlərinin şahidi olduq. Arzu edirik ki, növbəti ildə də bu şəhərə gələk və tamamilə yeni, bərpa olunmuş, yenidən inşa edilmiş Xankəndini görək. Məcburi köçkünlərin mümkün qədər tez bir zamanda buraya qayıdaraq sülh və quruculuq şəraitində yaşamağa başlaması diləklərimi çatdırıram”.

Baxış sayı: 4 512

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə