Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun buraxılmasının zəruri olduğunu bəyan edib

Moskva, 17 aprel, ARHD.AZ




Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun buraxılmasının zəruri olduğunu bəyan edib


ATƏT-in Minsk qrupu aktuallığını itirib və buraxılmalıdır.

ARHD.AZ xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın tələblərinə uyğun olaraq ATƏT-in Minsk qrupunu buraxmağa çağıran Ermənistanın baş nazirinin bəyanatına Moskvanın necə münasibət bəsləməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ATƏT-in Minsk konfransının Dağlıq Qarabağın nizamlanması üzrə həmsədrinin ATƏT tərəfindən təsdiq edilmiş mandatı aktuallığını itirib.

“Müvafiq olaraq, nəticədə Minsk konfransının bütün strukturları – Minsk qrupu, Yüksəksəviyyəli planlaşdırma qrupu və ATƏT-in indiki sədrinin Dağlıq Qarabağ nizamlanması üzrə şəxsi nümayəndəsi vəzifəsi – bütün bunlar buraxılmalıdır”, - deyə o qeyd edib.

“Biz öz tərəfimizdən bundan sonra da sülh müqaviləsinin imzalanması yolunda qalan maneələrin aradan qaldırılmasında, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və humanitar məsələlərin həllində tərəfdaşlarımıza köməyi davam etdirmək niyyətindəyik”, - deyə M.Zaxarova vurğulayıb.

O əlavə edib ki, Moskva üçtərəfli məsələlərin bütün spektri, o cümlədən sülh müqaviləsinin bağlanması üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında danışıqlar üçün Rusiya platforması təqdim etməyə hazır olduğunu təsdiqləyir.

Baxış sayı: 6 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə