Merve Safa Kavakçı: BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsi vacib addımdır

Bakı, 15 aprel, ARHD.AZ



Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının Bakıda keçirilməsi, olduqca vacib addımdır.

ARHD.AZ xəbər verir ki, bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Merve Safa Kavakçı aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, audiovizual mediada uşaqların qorunması mövzusu çox əhəmiyyətlidir. “Biz bu gün uşaqların mediada hüquqlarının və dünya mediasında, sosial mediada uşaqların qorunması üçün görülməli tədbirləri müzakirə edirik. Fikrimcə, dövlət səviyyəsində institusional şəkildə uşaqların hüquqlarının qorunması istiqamətində atılacaq addımlar zəncir halında həyata keçirilməlidir. Bu zəncir parlamentlərimizdə qəbul ediləcək qanunlardan başlayaraq ailələrə, valideynlərə qədər enən mexanizmləri əhatə etməlidir. Bu məsələlər üzrə bütün ölkələr öz fikirlərini və təcrübələrini bölüşürlər”, - deyə Merve Safa Kavakçı bildirib.

Baxış sayı: 6 383

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə