Kiyev, 11 aprel, ARHD.AZ



Ukraynanın aparıcı kütləvi informasiya vasitələri ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışına geniş yer ayırıb.

ARHD.AZ xəbər verir ki, “RBK-Ukrayna”, “Senzor”, “Korrespondent”, “24tv.ua” və digər media orqanlarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Ukrayna-Rusiya müharibəsinin tənzimlənməsinə dair fikirləri işıqlandırılıb.

Məqalələrdə dövlətimizin başçısının çıxışına istinadla yazılır ki, real dünyada müharibələr yalnız tərəflərdən biri təslim aktı imzaladıqdan sonra sona çatır. “Atəşkəs rejimi” ancaq yenidən toparlanmaq, səfərbər olmaq və hər şeyi yenidən başlamaq üçün lazımdır.

“Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm”, - deyə məqalələrdə Prezident İlham Əliyevin sitatı qeyd olunub.

Yazılarda Azərbaycan Prezidentinin fikirlərinə istinadla bildirilir ki, Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil?

“Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir”, - deyə məqalələrdə Azərbaycan Prezidentinin sitatı vurğulanıb.

 
Baxış sayı: 6 386

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə