ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb

Nyu-York, 9 aprel, ARHD.AZ



ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb


ABŞ Prezidenti Donald Tramp 75 ölkəyə tarif tətbiqinə 90 günlük fasilə verib.

ARHD.AZ-ın məlumatına görə, o, qərarın dərhal qüvvəyə mindiyini bildirib. Tramp deyib ki, bu ölkələr ABŞ-ın nümayəndələrini, o cümlədən Ticarət və Xəzinədarlıq Departamentlərini və ABŞ Ticarət Nümayəndəliyini ticarət maneələri, tariflər, valyuta manipulyasiyası və qeyri-monetar tariflərlə bağlı müzakirəyə çağırıb.

ABŞ Prezidentinin sözlərinə görə, onun rüsum tətbiqi ilə bağlı qərarlarına baxmayaraq həmin ölkələr ABŞ-a qarşı cavab tarifi tətbiq etməyib. Bu səbəbdən Tramp həmin ölkələrə tarif tətbiqini 3 ay dayandırıb və tariflərin 10 faiz azaldılması barədə qərar verib.

Baxış sayı: 5 679

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə