Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Nyu-Yorkda beynəlxalq konfrans keçiriləcək

Bakı, 9 aprel, ARHD.AZ



Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Nyu-Yorkda beynəlxalq konfrans keçiriləcək


Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə aprelin 15-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı beynəlxalq konfrans keçiriləcək.

ARHD.AZ xəbər verir ki, konfransda Dənizaşırı ərazilərdə - Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sen Martin, Reyunyon, Boneyra, Aruba, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianasında fəaliyyət göstərən milli müqavimət hərəkatlarının rəhbərləri və üzvləri, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təmsilçiləri, insan haqları müdafiəçiləri, siyasətçilər, dekolonizasiya üzrə ekspertlər, o cümlədən Fransanın keçmiş müstəmləkələrindən olan nümayəndələr iştirak edəcəklər.

Konfransda müstəmləkəçilik irsinin iqtisadi, siyasi və sosial sahələrdə yaratdığı dərin təsirlər, habelə müstəmləkə siyasətinin fəsadlarından əziyyət çəkən yerli xalqların siyasi və iqtisadi müstəqilliyə nail olmaq yolundakı səyləri və bu prosesdə üzləşdikləri əsas maneələr ətraflı şəkildə müzakirə olunacaq. Eyni zamanda, Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlərin yerli xalqların öz müqəddəratını təyinetmə və ərazilərin dekolonizasiya hüququnu məhdudlaşdırması əsas müzakirə mövzusu olacaq.

Səfər çərçivəsində BTQ, həmçinin BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun illik sessiyasında (PFPAD) iştirak edəcək.

Baxış sayı: 5 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə