İrakli Kobaxidze: Avropa bürokratiyası Gürcüstanı və onun vətəndaşlarını şantaj etməyə davam edir

Tbilisi, 7 aprel, ARHD.AZ



Gürcüstana Avropa İttifaqı (Aİ) tərəfindən 2022-ci ilin iyun ayında status verilmədi. Həmin vaxt Avropa İttifaqı Gürcüstana qarşı müxtəlif, əsassız iradlar bildirdi. Sonra növbəti il yarım ərzində də danışıqlar bərpa olunmadı və Moldovaya status verildi, halbuki bu ölkə korrupsiyaya batıb.

ARHD.AZ xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

Onun sözlərinə görə, əgər 2022-ci ilin iyununda Gürcüstana status verilsəydi, bu proses təbii şəkildə davam edəcəkdi və heç bir mübahisə də olmayacaqdı: “Lakin bəzi qüvvələr bu status məsələsindən Gürcüstana qarşı istifadə edərək ölkəmizi müharibəyə cəlb etməyə çalışdılar. 2023-cü ilin dekabrında Avropa bürokratiyası Gürcüstanı və onun vətəndaşlarını şantaj etməyə davam etdi. Biz və bizim övladlarımız Avropa bürokratiyasının şantajına məruz qaldı. Bu isə çox utancverici bir haldır”.

“Bütün bu və digər prinsipləri nəzərə alaraq Gürcüstan hökuməti 2024-cü il noyabrın 28-də bildirib ki, artıq danışıqların açılması məsələsini gündəmə gətirməyəcək”,- deyə Baş nazir vurğulayıb.

Kobaxidze deyib: “Korrupsiyaya uğramış və zəif institutlara sahib olan bir ölkəyə status verilməsi, Gürcüstana isə verilməməsi çox utancvericidir. Bu, eyni zamanda, bir daha sübut edir ki, Aİ kimi bir qurum özü hansısa digər daha qatı radikal qüvvələrin əlində təzyiq vasitəsidir”.

Baxış sayı: 2 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə