Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb

Bakı, 7 aprel, ARHD.AZ



Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin sədri aprelin 7-də Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasının müzakirələrində iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a bildirilib ki, Assambleyanın bu gün keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Dövlət başçısı müzakirə olunan mövzunun aktuallığı, sosial inkişaf məqsədlərinə nail olunmasında qanunvericilik orqanlarının rolu, həmçinin parlamentlər arasında əməkdaşlığın, beynəlxalq parlament təşkilatlarının qlobal çağırışların aradan qaldırılmasına töhfələri haqqında fikirlərini səsləndirib.

Qeyd edək ki, Milli Məclisin sədri Özbəkistana işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının Koordinasiya Şurasının iclasında çıxış edib, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransına sədrlik edib. Azərbaycan parlamentinin sədri, həmçinin bir sıra ölkələrin qanunvericilik orqanlarının rəhbərləri ilə də görüşlər keçirib.

Baxış sayı: 6 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə