“Reuters”: Hakan Fidan Türkiyənin Suriyada İsraillə qarşıdurma istəmədiyini deyib

Bakı, 4 aprel, ARHD.AZ




“Reuters”: Hakan Fidan Türkiyənin Suriyada İsraillə qarşıdurma istəmədiyini deyib


Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə günü “Reuters” agentliyinə bildirib ki, İsrailin Suriyada hərbi obyektlərə təkrar hücumları yeni hökumətin təhdidlərin qarşısını almaq qabiliyyətini sarsıdır və Türkiyə bu ölkədə İsraillə qarşıdurma istəmir.

Brüsseldə NATO xarici işlər nazirlərinin iclası çərçivəsində verdiyi müsahibədə Hakan Fidan deyib ki, İsrailin Suriyaya - Prezident Əhməd əş-Şaraa administrasiyasının Türkiyənin yaxın müttəfiqi olduğu yerlərə hücumları gələcəkdə regional qeyri-sabitliyə yol aça bilər. “Əgər Dəməşqin yeni administrasiyası Türkiyə ilə olduğu kimi, Suriyanın qonşusu olan İsraillə də “müəyyən anlaşmalar” əldə etmək istəyirsə, bu, onların öz işidir”, -deyə o əlavə edib.

ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbələr endirəcəyi ilə bağlı təhdidləri haqqında sualı cavablandıran Hakan Fidan bildirib ki, mübahisənin həlli üçün diplomatiyaya ehtiyac var və Ankara qonşusu İrana qarşı hər hansı hücumu görmək istəmir.

Baxış sayı: 4 435

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə