Bakı, 2 aprel, ARHD.AZ




Baş nazir Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən ARHD.AZ-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olundu.

Ötən il dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edilməsinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı bildirildi.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirildi, bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə Azərbaycan-Çin qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində duran aktual məsələlər və bir sıra konkret istiqamətlər üzrə perspektivli layihələr nəzərdən keçirildi, həmçinin ticarət-iqtisadi, investisiya, yaşıl enerji, nəqliyyat-logistika, rəqəmsal inkişaf və innovativ texnologiyalar, mədəni-humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Baş nazir tərəfindən Orta Dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edildi, Zəngəzur dəhlizinin açılmasının Orta Dəhlizin inkişafına təkan verəcəyi vurğulandı.

Baxış sayı: 6 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə