Berlin, 1 aprel, ARHD.AZ



Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hessen əyalətinə səfər edib.

Səfirlikdən ARHD.AZ-a bildiriblər ki, səfər çərçivəsində əyalətin paytaxtı Visbaden şəhərində Hessen Landtaqının (parlament) sədri Astrid Valman və əyalət baş nazirinin müavini və iqtisadiyyat naziri Kaveh Mansuri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq və yeni tərəfdaşlıq imkanları, xüsusilə bərpaolunan enerji, logistika və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Landtaq binası qarşısında Azərbaycan bayrağı qaldırılıb, səfir Landtaqın xatirə kitabına ürək sözlərini yazıb.

Həmçinin Landtaqın sədri A.Valmanın müşayiəti ilə parlamentin plenar iclasına qatılan N.Ağayev deputatlara təqdim olunub.

Səfər çərçivəsində diplomat Frankfurt Sənaye və Ticarət Palatasında (IHK Frankfurt) vitse-prezident Oliver Şvebel və bir sıra aparıcı şirkətlərin nümayəndələri ilə görüşərək, Azərbaycan ilə Hessen arasında iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə edib.

Eyni zamanda, N.Ağayev Frankfurt Yəhudi İcmasının sədri Mark Qrünbaum və idarə heyətinin üzvləri, Frankfurtun baş ravvini Avixay Apel, Makkabi Almaniya təşkilatının sədri Alon Meyer və Almaniyadakı Qafqaz Yəhudiləri İcmasının sədri Avi Şefatya ilə görüşərək, Azərbaycanda yəhudi icmasının həyatı, tarixən harmoniya və qarşılıqlı anlayış şəraitində, hər hansı antisemitizmlə üzləşmədən yaşamaları barədə danışıb, gələcək əməkdaşlıq layihələri ətrafında fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində N.Ağayev Frankfurtda yaşayan azərbaycanlı icma nümayəndələri ilə də görüşüb.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə