Bakı, 28 mart, ARHD.AZ



Bakıda keçiriləcək beynəlxalq konfransdan əvvəl Fransa və Niderland müstəmləkələrindən olan fəallar media nümayəndələrinin suallarını cavablandırıb


Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransı keçirilib.

ARHD.AZ xəbər verir ki, mətbuat konfransında Fransa və Niderland müstəmləkələrindən olan müstəqillik hərəkatlarının nümayəndələri, dekolonizasiya üzrə ekspertlər, reparasiya məsələləri ilə məşğul olan mütəxəssislər və insan hüquqları müdafiəçiləri iştirak ediblər. Tədbirdə Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polinezyası, Mayot, eləcə də Valis və Futunadan azadlıq hərəkatının tanınmış simaları bir araya gəlib.

Fransa hökuməti tərəfindən qeyri-qanuni həbs edilmiş kanaklı siyasi məhbusların ailə üzvlərinin mətbuat konfransına qatılması xüsusi diqqət çəkib. Onlar ailə üzvlərinin həbsinin siyasi motivli olduğunu vurğulayaraq, bunun Kanak xalqının azadlıq və öz müqəddəratını təyin etmə hüququnun qarşısının alınmasına qarşı yönəldiyini və Fransa hökumətinin müstəmləkəçi siyasətinə qarşı çıxdıqları üçün hədəfə alındığını bildiriblər. Siyasi məhbusların ailələri Fransa hökumətinin onların hüquqlarını kobud şəkildə pozduğunu, saxlanılma şəraitinin qeyri-insani olduğunu və hüquqi müdafiə imkanlarının məhdudlaşdırıldığını bildiriblər. Onlar beynəlxalq təşkilatları təzyiq göstərməyə və məhbusların dərhal azad edilməsinə çağırıblar.

Tədbir iştirakçıları siyasi məhbusların müstəqillik hərəkatları üçün rəmzi əhəmiyyətini vurğulayaraq, bu məsələnin ədalətli və təcili həllinin vacibliyini qeyd ediblər. Sadalanan faktlar Yeni Kaledoniyada müstəqillik mübarizəsində insan hüquqları pozuntularının real vəziyyətinə diqqəti çəkib və beynəlxalq ictimaiyyətin müdaxiləsinin zəruriliyini bir daha qabardıb.

Qonaqlar müstəmləkəçiliyin davam edən təsirləri, milli və dini kimliyin qorunması istiqamətində görülən işlər və müstəqillik hərəkatlarının üzləşdiyi təhdidlər barədə jurnalistlərin suallarını cavablandırıb, Azərbaycanın dekolonizasiya prosesində qlobal rolunu yüksək qiymətləndiriblər.

Baxış sayı: 5 479

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə