Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Bakı, 25 mart, ARHD.AZ


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

ARHD.AZ xəbər verir ki, Belarus Prezidenti məktubunda bildirib: “Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının rifahı naminə ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənməsinə kömək edəcək”.

Aleksandr Lukaşenko bu əlamətdar bayram günündə dövlətimizin başçısına möhkəm cansağlığı və planlarının uğurla həyata keçməsində uğurlar, ölkəmizin əhalisinə sülh və əmin-amanlıq arzulayıb.

Baxış sayı: 7 381

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə