Türkiyə Prezidenti: Ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq tellərinin möhkəmlənməsi bu Novruz bayramında da səmimi arzumuzdur

Bakı, 21 mart, ARHD.AZ



Türkiyə Prezidenti: Ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq tellərinin möhkəmlənməsi bu Novruz bayramında da səmimi arzumuzdur


Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünya sülhü ilə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq.

ARHD.AZ xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda yer alıb.

Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına ən səmimi təbriklərini çatdıran Türkiyə Prezidenti bildirib ki, ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.

“Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Baxış sayı: 4 354

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə