Astana, 18 mart, ARHD.AZ



Qazaxıstan Xəzər dənizində hərbi təlim keçirib


Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təlim keçirib.

ARHD.AZ Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlimin keçirilməsində məqsəd komandirlərin və taktiki birləşmələrin döyüş hazırlığının, peşəkarlığının artırılması, asimmetrik təhlükələr şəraitində döyüş əməliyyatları keçirməyə hazırlığının yoxlanılmasıdır.

Üç mərhələdən ibarət komanda-qərargah təliminə səfərbərlik resursunun qəbulu məntəqələrinin yerləşdirilməsi, gəmilərin Aktau dəniz limanına daxil olması, bazaların və digər strateji əhəmiyyətli dəniz təsərrüfat fəaliyyəti obyektlərinin mühafizəsi və müdafiəsi daxildir.

Bundan əlavə, “şübhəli” gəmiyə baxış keçirilib və “təcili yardım” gəmisinə yardım göstərilib.

Təlimdə dəniz minalarına, yerüstü və hava hədəflərinə praktiki atışlar aparılıb. İntihar katerləri, pilotsuz uçuş aparatları və hava hücumu silahlarının müxtəlif vasitələrdən istifadə etməklə hücumlarının dəf edilməsi tapşırıqları yerinə yetirilib.

Baxış sayı: 4 555

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə