Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Bakı, 17 mart, ARHD.AZ



Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir


Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir. Bu, ilk növbədə, xalqlarımızın maraqlarına cavab verdiyi üçün mümkün olub.

ARHD.AZ xəbər verir ki, bu sözləri martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib: “Biz münasibətlərimizi dostluq, qarşılıqlı hörmət prinsipləri əsasında, bir–birimizin milli maraqlarını nəzərə alaraq qururuq. Əlbəttə ki, bunda əsas rolu Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunu əsas kimi tutan prezidentlərimiz, liderlərimiz Vladimir Putinin və İlham Əliyevin iradəsi oynayır”.

Baxış sayı: 4 354

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə