Sahibə Qafarova: Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir

Bakı, 17 mart, ARHD.AZ


Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlərin keçirilməsi konstruktiv qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir.

ARHD.AZ xəbər verir ki, bu sözləri martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Parlamentlərarası əməkdaşlıq komissiyasından danışan Sahibə Qafarova qeyd edib: “Komissiyanın fəaliyyəti siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına kömək məqsədi daşıyır. Xüsusi qeyd etmək istərdim ki, Komissiya Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin tənzimlənməsi üçün real və effektiv mexanizmdir. Bunun konkret nəticələri var. Komissiyanın fəaliyyəti ümumi problemlərin həllinə birgə yanaşmaların işlənib hazırlanmasına kömək edir və iki ölkə arasında etimadın möhkəmlənməsinə, bununla da qanunverici orqanlarımız arasında əməkdaşlığın inkişafına töhfə verir”.

Baxış sayı: 2 506

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə