Astana, 15 mart, ARHD.AZ



Azərbaycan Qazaxıstanda mülki müdafiə üzrə beynəlxalq tədbirdə təmsil olunub


Qazaxıstanın Kokşetau şəhərində Malik Qabdullin adına Mülki Müdafiə Akademiyasında “Mülki müdafiənin tarixi aspektləri, aktual problemləri və inkişaf perspektivləri” mövzusunda XIII Beynəlxalq elmi-praktik konfrans keçirilib.

ARHD.AZ Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransın plenar iclasında Qazaxıstanın aparıcı universitetlərinin, Azərbaycan, Rusiya və Belarusun ixtisaslaşmış təhsil müəssisələrinin alimləri, doktorantları, adyunkt və magistrantları iştirak ediblər.

Akademiyanın rəisi polkovnik Jumabek Xasenov konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, artıq 13 ildir beynəlxalq konfrans formatında illik görüşlər mülki müdafiə sahəsində problemli məsələlər üzrə alimlər və praktikantlar arasında ənənəvi ünsiyyət platformasına çevrilib.

Müzakirələrdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Qazaxıstanın mülki müdafiə sistemi üçün ixtisaslı kadrların hazırlanması məsələlərinə mühüm yer ayrılıb.

Konfransın sonunda onun praktiki əhəmiyyəti vurğulanıb, universitetlər arasında elmi tədqiqatların inkişafı və mülki müdafiə sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə perspektiv planlar müəyyən edilib.

Baxış sayı: 5 464

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə