13 mart 2025 23:59  ARHD.AZ

Konqresmen Bakı və İrəvanın razılığını Trampın şüarı ilə şərh edib: Cənubi Qafqazı yenidən əzəmətli edək!


ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“ARHD.AZ” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının üzvü sosial şəbəkədə paylaşım edib.

“Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam. Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, – o yazıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək” və ya qısa: MAGA) şüarı ilk dəfə 1980-ci ildə Ronald Reyqanın kampaniyasında səslənmişdi. Lakin məhz Tramp onu öz hərəkatının kult simvoluna çevirib. 2024-cü il seçkiləri ərəfəsində o, əvvəlki vədlərinə sadiqliyini vurğulayaraq bu şüardan yenidən fəal şəkildə istifadə edib.

Baxış sayı: 6 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə