Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

Bakı, 14 mart, ARHD.AZ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi təqdirəlayiq iş görür – sabiq liderləri və diplomatları dünyanın hər yerindən bir araya toplayaraq bu günü və gələcəyi müzakirə etməyə şərait yaradır. Bizə cəsarət, aydın baxış, sülh və iqtisadi sabitlik, həmçinin həyatımızı asan və daha yaxşı edən siyasət lazımdır.

Bu sözləri ARHD.AZ-a açıqlamasında Albaniyanın INFOWEB media qurumunun rəhbəri Anisa Bahiti deyib.

O, Azərbaycan və Albaniya arasındakı diplomatik əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdıraraq, Bakıda Albaniya səfirliyinin açılmasını bunun bariz nümunəsi kimi göstərib. Anisa Bahiti, həmçinin çağırış edərək bildirib ki, yaşamağın mümkün olduğu bir dünya üçün bir-birimizi dəstəkləməli və əməkdaşlıq etməliyik. “Gəlin, çağırışları bütün ölkələr üçün bir imkana çevirək”, - deyə o vurğulayıb.

Baxış sayı: 3 516

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə