Qırğızıstanın sabiq Baş naziri: Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq

Bakı, 14 mart, ARHD.AZ

“Azərbaycanın münaqişədən sonra həyata keçirdiyi yenidənqurma işləri çox müfəssəldir. Qarabağda münaqişədən sonrakı inkişaf dövrü üçün hazırlanan hərtərəfli plan məni valeh etdi. Dünyanın başqa yerlərində belə əhatəli proqram görməmişəm”.

ARHD.AZ xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" adlı panel iclasında Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev deyib.

O bildirib ki, Azərbaycan məqsədyönlü yanaşma sayəsində öz hədəflərinə çatacaq və bütün dünyaya həqiqətən də münaqişədən sonrakı bərpa işləri üçün nümunə olacaq.

Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə