Bakı, 13 mart, ARHD.AZ

Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində Yunanıstan Respublikasının Parlamentinin üzvü Dmitris Avramopulos ilə görüşüb.

XİN-dən ARHD.AZ-a bildirilib ki, görüşdə Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Qlobal Bakı Forumu kimi tədbirlərin dünyanı narahat edən çağırışlarla mübarizədə rolu vurğulanıb.

Ötən il ölkəmizdə təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Yunanıstanın Baş nazir səviyyəsində təmsil olunması məmnunluqla xatırlanıb, ali və yüksəksəviyyəli bu kimi təmasların qarşılıqlı dialoqa töhfə verdiyi qeyd olunub.

İki ölkə arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, turizm, humanitar istiqamətlər üzrə əməkdaşlığın perspektivlərinin mövcud olduğu qeyd olunub.

Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşlardan biri olduğu diqqətə çatdırılıb, həyata keçirilən layihələrin, xüsusilə Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıqda çəkisi və rolu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 6 381

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə