Prezident Qordana Silyanovska-Davkova: Makedoniyalılarla azərbaycanlıları ümumi cəhətlər birləşdirir

Bakı, 12 mart, ARHD.AZ


Prezident Qordana Silyanovska-Davkova: Makedoniyalılarla azərbaycanlıları ümumi cəhətlər birləşdirir


Mən Zərdüştlə bağlı bəzi elementləri burada yox, məhz Hindistanda görəcəyimi gözləyirdim.

ARHD.AZ xəbər verir ki, bu sözləri Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 12-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib.

Dörd elementin hamımız üçün çox vacib olduğunu deyən Şimali Makedoniya Prezidenti bildirib: “Dünən şəhərdə çərşənbə axşamı qeyd olunurdu və burada tonqal gördüm. Maraqlandım ki, bu nə üçündür? Mənə dedilər ki, çox mühüm günə - 21 marta hazırlaşırıq. Sizə səmimi-qəlbdən deyim ki, biz makedoniyalılarla siz azərbaycanlıları ümumi cəhətlər birləşdirir. Siz alov, biz isə günəşik. Günəş də atəşin simvoludur. Beləliklə, mən doğru zamanda və doğru yerdəyəm. Həqiqətən də çox sevincliyəm. Çünki bu sübut edir ki, biz insanlar harada yaşamağımızdan asılı olmayaraq, oxşarıq və ortaq cəhətlərimiz var. Həqiqətən özümü burada çox yaxşı hiss edirəm”.

Baxış sayı: 7 328

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə