Rosen Plevneliyev: Çətin anlarımızda Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi VİDEO

Bakı, 12 mart, ARHD.AZ



Rosen Plevneliyev: Çətin anlarımızda Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi 


Cənub-Şərqi Avropa üçün Azərbaycan mühüm tərəfdaşdır. Çətin anlarımızda Azərbaycan özünü etibarlı tərəfdaş kimi sübut etdi.

ARHD.AZ xəbər verir ki, bu sözləri Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Bakı Qlobal Forumunun İdarə Heyətinin mətbuat konfransında söyləyib.

"Mənim ölkəm Bolqarıstana Rusiya qaz ixrac etməyi artıq dayandırıb. Azərbaycan bu çətin dövrdə bizim üçün etibarlı enerji təminatçısına çevrildi və bu, münasibətlərimizin yeni müstəviyə keçməsinə səbəb oldu", - deyə o qeyd edib.

Rosen Plevneliyev yeni layihələrin olduğunu da diqqətə çatdıraraq vurğulayıb: “Biz Çindən Avropaya Azərbaycan vasitəsilə daşımalar edirik. Bizim yeni layihəmizdə Rumıniya, Bolqarıstan, Macarıstan, Gürcüstan və digər ölkələr iştirak edəcək".

Baxış sayı: 3 536

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə