Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar

Ankara, 12 mart, ARHD.AZ



Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar


Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Kiyevdə səfərdə olacaq 25 türkiyəli sahibkardan ibarət nümayəndə heyətinə rəhbərlik edəcəklər.

ARHD.AZ Türkiyənin Ticarət Nazirliyinə istinadla xəbər verir ki, səfər proqramı çərçivəsində Türkiyə nazirlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də nəzərdə tutulub.

Əsas müzakirə mövzusu Ukraynanın müharibədən sonrakı bərpasına töhfədir.

Türkiyə nümayəndə heyəti Ukrayna Nazirlər Kabinetinin üzvləri, o cümlədən həmin ölkədə çalışan türkiyəli sahibkarlarla da danışıqlar aparacaq.

Türkiyə mətbuatı xəbər verir ki, türk inşaat şirkətləri son illərdə Ukraynada enerji, mənzil və körpü tikintisi sektorları da daxil olmaqla 1,2 milyard dollar dəyərində 100-ə qədər müxtəlif layihə həyata keçirib.

Baxış sayı: 4 323

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə