
Ankara, 12 mart, ARHD.AZ
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Krallığın Müdafiə Nazirliyinin rəhbəri şahzadə Xalid bin Salman ilə görüşüb.
Türkiyənin Milli Müdafiə Nazirliyindən ARHD.AZ-a bildirilib ki, görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ankara ilə Ər-Riyad arasında son illər fəal dialoq ikitərəfli əlaqələrə, o cümlədən müdafiə sektoruna təkan verib.
Yanvarın əvvəlində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün Ər-Riyada səfər edib.