Bakı, 11 mart, ARHD.AZ



Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və əməkdaşlığın genişləndirilməsi səyləri müzakirə olunub


Martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay və AQEM-ə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və sədrliyin prioritetləri, AQEM çərçivəsində müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin AQEM sədrliyinin əsas prioritetlərindən bəhs edib, bu istiqamətdə xüsusilə AQEM-ə üzv ölkələrin yerləşdikləri mühüm coğrafi mövqeni nəzərə alaraq, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin geniş perspektivlərinin olduğunu bildirib.

Sədrliyimizin, eyni zamanda, AQEM-in institusionallaşması, fəaliyyət imkanlarının genişləndirilməsinə kökləndiyini bildirən nazir Ceyhun Bayramov bu xüsusda AQEM-in yeni qərargahının Müşavirənin işinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı, regionumuzda və dünyamızda baş verən proseslərin AQEM-in bölgədə inklüziv platforma kimi rolu və çəkisini artırdığı diqqətə çatdırılıb, bu istiqamətdə sədrliyimiz müddətində göstərilən təşəbbüs və səylərin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsinin, AQEM çərçivəsində fəal iştirakçılığın vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 647

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə